Lalə Şövkət ağır xəstələnib

img

21-01-2015 [14:56]


"Bu il Lalə Şövkət Azərbaycan Liberal Partiyasının (ALP) lideri kimi partiya üzvləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edəcəkdi. Təəssüf ki, bu baş tutmadı”. Bunu Modern.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, Lalə xanım bu səbəbdən çox üzgündür: "Lalə xanımın Şəhidlər Xiyabanını bu il ziyarət edə bilməməsinin səbəbi bərk soyuqlamasıdır. Buna görə evdən çıxa bilmədi. Hətta bu il Şəhidlər Xiyabanını ziyarət edə bilmədiyinə görə Lalə Şövkət çox üzgündür. Bilirsiniz ki, bu cür mövzular Lalə xanım üçün çox həssasdır. Lalə Şövkət bir daha Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verib və ruhları qarşısında baş əydiyini deyib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA