"İlham Əliyevin Almaniyaya səfəri Əli Kərimliyə tərs sillə kimi dəyib"

img

21-01-2015 [14:39]



"Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərinin indiki gərkin vəziyyətdə Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim. Azərbaycan dövləti indiyə qədər xarici siyasətində müstəqil siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya çərçivəsində olub. Bu da birbaşa müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsində olub." -bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz: " Bunu Azərbycan dövlətindən gözləmək yerisz və mənasızdır. Bunu arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqinin iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi bir imperia dövlətinin süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatının başlamasından sonraya təsadüf edib. Xalqımız bu gün 20 yanvar qətliyamının 25 illiyini milyonlarla insanın ziyarəti ilə keçirdir. Biz müstəqilimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərfli qonşuluq siyasətini davam etdirməlidir və heç bir ölkə də Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət müstəqildir və ikitərfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır."
Niyaməddin Orduxanlı bu səfərin daxili siyasi qüvvələr tərəfindən də birmənalı qarşılanmadığını da qeyd edib:" Prezidentin bu səfərini gözləməyn radikal siyasi düşərkə üçün şok effekti verib. İlham Əliyevin bu səfəri Əli Kərimliyə tərs bir sillə kimi dəyib."

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA