YAP Samux Rayon Təşkilatında elmi-praktik konfrans keçirilib

img

19-01-2015 [17:55]


YAP Samux Rayon Təşkilatında "20 yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” movzusunda elmi-praktik konfrans keçirilib.

Mia.az-a rayondan verilən məlumata görə, konfrans YAP Samux Rayon Təşkilatının və Samux Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə baş tutub.

Konfransda Gənclər Birliyinin  üzvləri iştirak edirdilər.Tədbir  açıq elan olunduqdan sonra  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildib.
 
Konfransda  cıxış edən YAP Samux rayon təşkilatının sədri G.Bayramov "20 Yanvar” faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu və eyni zamanda yeni tariximizə bir qürur, məğrurluq günü kimi daxil olduğunu qeyd edib. Natiq vurğulayıb ki,bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Daha sonra Samux Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək qeyd edib ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib . Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 

Natiq deyib ki, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA