Nardaranlılar yenə aksiya keçirəcək

img

19-01-2015 [13:04]


Yanvarın 21-də saat 14:00-da Bakının Nardaran qəsəbəsində mitinq keçiriləcək.

Bu barədə "Report"a Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov məlumat verib.

O bildirib ki, aksiya Fransanın baş verən terror olaylarından sonra dünyanın bir sıra nüfuzlu nəşrlərinin islam peyğəmbərini aşağılayan karikaturaları yenidən dərc etməsinə etiraz əlaməti olaraq keçirilir: "İslam dininin təhqir edilməsinə etiraz edirik. Biz həm də terrora qarşı etirazımızı bildiririk. Aksiya qəsəbənin "İmam Hüseyn" meydanında olacaq və biz bu mitinqə bütün kəndləri dəvət etmişik".

N.Kərimov mitinqlə bağlı heç bir dövlət qurumuna müraciət olunmadığını bildirib: "Biz indiyə qədər keçirdiyimiz aksiyalarla bağlı heç bir dövlət qurumuna müraciət etməmişik. Biz yalnız mitinqlə bağlı elan veririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA