Deputat: "Harınlamış uşaqların çıxardığı oyunlar reallıqdır"

img

19-01-2015 [12:47]


Milli Məclisin deputatı Rafael Cəbrayılovun gün.az-a müsahibəsini imkanlı insanların uşaqlarının harınlığından söz açıb.

Mia.az müsahibədəki həmin hissəni təqdim edir:

-  Bəzən görürsən ki, avtoqəzalar daha çox imkanlı şəxslər və ya onların övladları tərəfindən törədilir, həmçinin avtoxuliqanlıqlar, "avtoş”luqlar da...

- Mən sizinlə tamamilə razıyam. Bəli, hansısa imkanlı insanların uşaqlarının da burada günah payı çoxdur. Harınlamış uşaqların çıxardığı oyunlar da günümüzün reallıqlarıdır. Amma bu, tamamilə başqa mövzudur. Yenə də deyirəm, bu məsələdə sizinlə tam razıyam, avtoxuliqanlıq edən var. Elə məsələlər var ki, bəli, polis də lazımi tədbirini görə bilmir.

Əgər Azərbaycanın yollarında bir ildə 1200 ətrafında insan dünyasını dəyişirsə, bunun tək səbəbi bu, deyil axı?! Demək istəyirəm ki, siz dediyiniz mövzu bunun hamısının səbəbi deyil?! Yenə də onu vurğulamaq istəyirəm ki, insan faktoru tamamilə başqa bir məsələdir. Bir sözlə, insan dəyişməni, inqilabı özündən başlamalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA