PA rəsmisi: “Sabah Ermənistan başqa bir dövlətin əlaltısı ola bilər”

img

17-01-2015 [14:27]


"Ermənistan rəhbərliyi 3 il Avropa İttifaqı ilə danışıqlar apardı. Bir gün Serj Sərkisyan yuxudan oyandı və dedi ki, Avrasiya İttifaqına daxil oluruq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, sabah Ermənistan başqa böyük dövlətin forpostu, əlaltısı ola bilər: "Dünyada baş verən gərginlik, böhran Ermənistana 4-5 qat artıq təsir edir. Ermənistana pul lazımdır, bu pulu nə Qərb verir, nə də başqaları.

Allah insanın, xalqın başına bir fəlakət gətirmək istəyəndə əvvəlcə onun ağlını alır. İndi Ermənistan da belə durumdur. Ermənistanda orta və yaşlı nəsil Azərbaycanla bağlı müsbət mövqedədir, məndə bu məlumatlar var. Serj Sərkisyan və Edvard Nalbandyan gənc nəsli fərqli formalaşdırmağa çalışırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA