Arif Hacılı müsavatçılara müraciət etdi

img

17-01-2015 [13:34]


Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə fəaliyyət göstərən "Müsavat üzvləri" qrupunda rəhbərlik etdiyi partiyanın VIII qurultayı ilə bağlı status paylaşıb. 

Musavat.com həmin statusu təqdim edir:

"Əziz müsavatçılar! Əziz dostlar! 
Müsavatın və Azərbaycan siyasi tarixinin şərəfli səhifələrindən biri olan VIII ci qurultayımızla bağlı bütün proseslər başa çatdı.Siyasi və hüquqi prosedurlar yekunlaşdı.
Müsavat öz qurultayı ilə 2014 cü ilə damğasını vurdu. Qurultayımızla bir demokratiya, azad seçki nümunəsi ortalığa qoyduq. Bəzi nöqsanlar da oldu. Azadlıq və demokratiya yolu əbədi bir yoldur. Azadlıqlar daim artırılmalı,demokratik prosedurlar təkmilləşdirilməlidir. Bu bizim amalımızdır. Şübhəsiz ki,gələcəkdə belə nöqsanların olmaması üçün daha mükəmməl prosedurlar müəyyənləşdirməliyik.
Artıq 2015 ci il başlayıb. 2015 ci il imkanlar ili olacaq. Dünyada və regionda gedən proseslər iddia etməyə əsas verir ki, bu il çoxdan gözlədiyimiz siyasi,iqtisadi,hətta müharibə böhranından çıxmağımız üçün başlanğıc ili ola bilər. Bu imkanlardan millətimiz və dövlətimizin mənafeləri naminə yararlanmaq həm də bizdən, Müsavat üzvlərindən, asılı olacaq. Umu-küsüləri, dedi-qoduları kənara qoyub müəyyən etdiyimiz hədəflər uğrunda fədakar mübarizəmizi birlikdə davam etdirməliyik.
Aramızda nifaq salmaq istəyənlərin fitnəsi ilə dartışdığımız məsələlər qarşımızda olan möhtəşəm hədəflərlə müqayisədə çox cılızdır.
Sizə bir daha müraciət edirəm: Gəlin qucaqlaşaq! 2015 ci ili dünada Azərbaycan, Azərbaycanda Müsavat ili etmək üçün səylərimizi birləşdirək!"


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA