“Müxalifyönlü QHT-lərdə çalışanların çoxu xarici kəşfiyyatın agentləridir”-Partiya sədri

img

17-01-2015 [12:47]


"Bu gün Azərbaycan iqtidarı Qeyri Hökumət Təşkilatlarının maliyyələşdirilməsi üçün çox münbit şərait yaradıb və yetəri qədər onlara maliyyə vəsaiti ayrılır”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müxalifyönlü QHT-lərin daha çox xarici donorlarla əməkdaşlığa can atmasından danışarkən deyib.

Partiya sədri qeyd edib ki, bu maliyyə vəsaiti əsasən Azərbaycan dövlətinin və millətinin inkişafına yönələn layihələr üçün ayrılır: "Bu kifayət qədər anlaşılandır. Lakin müxalifətyönlü QHT-lərin əsas məqsədi millətin və dövlətin inkişafı yox, xarici ölkələrin mənafeləri üçün çalışmaqdır. Əgər bu məqsədlə layihələri təqdim etsələr təbii ki, paxırlarının üstü açılar. Bu səbəbdən xarici donorlara yönəlirlər. Hesab edirəm ki, müxalifyönlü QHT-lərdə çalışanların çoxu xarici kəşfiyyatın agentləridir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA