16-01-2015 [18:56]
Seymur Süleymanov
Dünyanın diqqəti hələ də `Charlie Hebdo` terrorundan ayrılmayıb. Fikirlər haçalanır: əksəriyyət terroru qınayır, bəziləri isə haqq qazandırmaqdan belə, çəkinmirlər. Yəni qoy dərs olsun. Mən özüm birincilərdənəm, bununla belə, bəzi nüanslara diqqət yetirməyi vacib sayıram.
Bu terroru törədənlərin mağarada yaşayan insanlardan fərqi yoxdur. Olmayan beyinlərinə bir balaca əziyyət verib düşünsələr, görərlər ki, belə məsələləri silah yox, hüquq yolu ilə həll etmək mümkün və lazımdır. Həm də ancaq və yalnız! Hadisələrin inkişafı göstərdi ki, silah bu məsələdə çözüm yolu deyil – adi hallarda 60.000 satılan jurnal terrordan sonra 5 milyon satıldı.
Əgər bu terroru edənlər həqiqətən müsəlmandırlarsa, o zaman böyük səhv ediblər. Çünki onsuz da Avropada ölkələrində islamofobiya vardı, müsəlmanlardan zəhlələri gedirdi. Bu hadisə ancaq onların işinə yaradı.
Dünyaya İslam dinini çirkin, müsəlmanları vəhşi kimi göstərən elə bu terroru edənlərdir. Belələrinin üzündən artıq İslam `terror dini` sayılır. Bu cür vəhşilər kəsdikləri hər baş ilə İslama daha bir ləkə vururlar. Bu qüvvələr əslində İslam üzərindən biznes yeridirlər. Bu yerdə ortaya hamımıza dəxli olan vacib bir nüans çıxır.
Biz dindarlıq edərkən, hətta Quran oxuyarkən ancaq öz maraqlarımızı güdürük! İslamın ictimai əsaslarını rədd elədiyimiz üçün, onu eqoizm dininə çeviririk.
Biz müsəlmanlar hansısa
məsələni həll etmək lazım gələndə, çıxış yolunu bıçaqda, baltada, baş kəsməkdə
gördüyümüz üçün islam kənardan vəhşilik kimi görünür. Biz özümüz tolerant
olsaq, Qərb heç vaxt İslamın haqqında pis söz deyə bilməz.
Terrordan sonra Parisdə keçirilən yürüşlə fransızlar dünyaya "Biz Birik!” mesajını verdilər. Biz isə heç cür bu birlik mesajı verə bilmirik! Bax, fərq bundadır! Elə buna görə də Qərbə uduzuruq.
Hamı bilir ki, Fransa ermənipərəst siyasət yeridir. Bir çox məsələlərdə Fransanın tutduğu mövqe bizim dövlət maraqlarımızla üst-üstə düşmür. Terrordan əziyyət çəkən ölkələr çoxdur, ilk növbədə elə özümüz. Biz – yəni müsəlmanlar, uğradığımız terrora qarşı birləşə, dünyaya "Birik!” mesajını verə bilirikmi?
Yəqin ki, Qərb bundan sonra İslam dininə qarşı açıq-aşkar addımlar atacaq. Əvvəllər də edirdilər. Məsələn, ötən ilin dekabr ayının sonlarında Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq, İslam əleyhinə aksiyalar keçirmişdilər. Bundan sonra İslamın yayılmasına əngəl olmaq üçün əllərindən gələnin iki qatını edəcəklər. Məhz elə istədikləri də bu idi zatən.
Qərbdə İslamı qəbul edənlərin sayı, günü-gündən artırdı. İndi bu terroru əllərində bayraq edərək, orada yaşayan müsəlmanlara sərt əngəllər qoyacaqlar. Və beləliklə, Qərbdə `müsəlmanam` demək təhlükə olacaq. Bir sözlə, müsəlmanları Qərbdən silib atacaqlar!
Niyə? Çünki Qərbdən fərqli olaraq, Müsəlman dünyası hələ də Birlik Mesajını verə bilməyib. Heç nəyə baxmayaraq, verə bilməyib.
Siz kəsdiyiniz başları sayın, görün, Qərb nə sayacaq!
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir