Deputata qarşı kampaniya başladı

img

16-01-2015 [13:17]


ANS TV-də yayımlanan "Şəxsiyyət vəsiqəsi” verilində millət vəkili Fazil Mustafanın Azərbaycanın tarixi şəxsiyyəti Babək haqqında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bu məsələ ilə bağlı Feysbuk sosial şəbəkəsində Prezidentə ünvanlandığı müraciəti yayımlayıb.

Müraciətdə bildirilir ki, "Şəxsiyyət vəsiqəsi” verilişinin son buraxılışında millət vəkili Fazil Mustafanın çıxışı cəmiyyətdə etirazla qarşılanmaqdadır: "Bunun səbəbi isə bəllidir, verilişdə Azərbaycanın tarixi şəxsiyyəti Babəklə yanaşı bu torpağın əzəli sakinləri olan türk milləti açıq surətdə təhqir edilib”.

Alim "'Televiziya və radio yayımı haqqında”' Azərbaycan Respublikasının qanununun 32-ci maddəsini 32.0.2.1. bəndini (informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun) və həmin qanunun 32.0.9-cu bəndini (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) prinsiplərinin kobud şəkildə pozulduğunu bildirir. ANS-i qanunları pozmaqda suçlayan müraciət müəllifi daha sonra Fazil Mustafanın dövlətimizin tarixinə əl uzadan düşmənlərin ocağına yağ tökdüyünü bildirir:

"Fazil Mustafa keçmiş tariximizi təhqir etməklə öz xislətini ortaya qoymuşdur. Bu gün Babəkə, Şah İsmayıla ləkə yaxan şəxs yaxın gələcəkdə 1991-ci ildən bu günə qədər müstəqil dövlətimizin tarixində imza qoyan Əbülfəz Elçibəyə, Heydər Əliyevə və Sizə də ləkə yaxacaq. Çünki bu insanın tarixi biliklər və savadı şərə xidmət edir”.

Millət vəkilinin xalqı və xalqın inancını dəfələrlə təhqir etməsini vurğulayan alim Fazil Mustafanı Azərbaycan dövlətinə və xalqına qarşı duran bir siyasətçi olmaqda və ANS kanalını xalqımızın tarixinə qara yaxmaqda suçlayıb.

Alim Fazil Mustafanın Milli Məclis üzvlüyündə fəaliyyətinə xitam verilməsi və proqramın aparıcısı ilə birgə, hər ikisinin xalqdan üzr istəməsində bizə yardımçı olmağı prezidentdən xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA