Müsavat başqanı Əli Kərimli ilə görüşdü - Açıqlama

img

16-01-2015 [12:31]


"Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A. Hacılı AXCP sədri Əli Kərimli görüşdüyünü və görüşdə iki partiya arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib: "Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.

A. Hacılı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin partiyanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: "Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsassız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA