Əflatun Amaşov "Qara Yanvar Dialoqu" kitabından danışdı

img

15-01-2015 [17:35]


"20 yanvar hadisələri, məhz mətbuat sayəsində dünyaya çatdırıldı. Belə ki, harada işləməyindən asılı olmayaraq, hansı mətbuat orqanında fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan jurnalisti xalqını sevən mətbuat nümayəndəsi olub. Yəni jurnalist olaraq, millətin taleyinə biganə qalmayıb”.

 Bu fikriləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun tövsiyyəsi ilə nəşr edilən "Qara Yanvar Dialoqu" kitabının əhəmiyyəti və orada jurnalist mövqeyinin əks olunması barədə fikirlərini bildirərkən deyib.

Mətbuat Şurasının sədri eyni zamanda bildirib ki, jurnalistlərimizin 25 il əvvəl göstərdikləri qəhrəmanlıq barədə çox danışılıb və qeyd olunub. Çünki həmin dövrlərdə mövcud olan informasiya blokadasını yarmaq həqiqətən də bir qəhrəmanlıq, şücaət idi: "Azərbaycanda informasiya bkokadasını yarmaq xalqın yarasına məlhəm qoymaq məsuliyyəti o zaman da, məhz jurnalistlərin üzərinə düşürdü. Azərbaycanın qəhrəman jurnalistləri əlbəttə ki, bunun da öhdəsindən çox layiqincə gəldilər”.

Əflatun Amaşov bildirib ki, bu kitabın ictimaiyyətə təqdim olunması həmçinin, qanlı yanvar hadisələrinin görünməyən tərəflərini də kifayət qədər açıqlamış olacaq: "Məhz bu gün bu amillər nəzərə alınaraq, təqdim edilən kitabda 20 yanvar hadisələri öz əksini tapıb. O cümlədən həmin vaxtlar ölkə mətbuatında nəşr edilən məqalələr də bu kitabda dərc edilib. Bu baxımdan, Mətbuat Şurasının tövsiyyəsi ilə nəşr edilən "Qara Yanvar Dialoqu" kitabını yüksək qiymətləndirirəm”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA