Sabiq deputat dəyişiklik anonsu verdi: “2-3 ildən sonra baxarıq”

img

15-01-2015 [17:32]


Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçmiş deputat Gültəkin Hacıbəylinin Yasamal Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Məhkəmə iclasında G.Hacıbəylinin işə yeni sübutların əlavə edilməsi haqqında verdiyi vəsatət rədd edilib. Bu isə G.Hacıbəylini qəzəbləndirib.

Keçmiş deputat hakimi hədələyərək "2-3 ildən sonra baxarıq” deyib.

Məhkəmə yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, G.Hacıbəyli Mahmud Mehdiyevi ötən il mayın 17-də keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb və M.Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin etməyib

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA