Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru jurnalisti təhdid edir

img

15-01-2015 [15:56]


"Qaynar xətt” qəzetinin bölgə muxbiri R.Sadıqlı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru Orucəli Rzayevin onu təhdid etməyi barədə məlumat verib. 

Məlumatda deyilir: "Mən 19 dekabr 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru Orucəli Rzayev haqda öz şəxsi facebook səhifəmdə araşdırma xarakterli status yazmışdım. Bu yazı 10-dan artıq saytda və bir qəzetdə işıq üzü görüb. Bu tənqidi yazidan nəticə çixarmaq əvəzinə, Orucəli müəllim həm özü, həm də maliyyələşdirdiyi tanımadığım jurnalistlər mənə zəng edərək məktubu təkzib verməyi tələb edirlər. Əks halda məhkəməyə verəcəyini bildirərək təhdid edirlər. AMİ-nin mətbuat xidmətinin rəhbəri Nurəddin müəllim da mənə zəng vurub bu yazını məhkəmə predmeti olduğunu mənim nəzərimə çatdırıb. Bundan başqa, Orucəli müəllim mənə müstəntiq işləyən oğlu və hüquq mühafizə orqanlarında çalışan qohum-əqrabası haqda məlumat verərək təhdidlər etmişdir. Mən burdan üzümü tuturam ali təhsil müəssisəsinin rəhbərlərinə ki, cənab Prezident sizi bu yüksək posta təyin edib etimad göstərib ki, xalqa vicdanla xidmət edəsiz. Daha deməyib ki, ali təhsil ocağını rüşvət mənbəyinə çevirəsiniz. Bu azmış kimi sizi tənqid edən jurnalistləri məhkəməylə hədə-qorxu etdirməyəsiz. Nəzərinizə çatdırıram ki, Orucəli müəllim haqda yazdığım yazıda heç bir böhtan-filan yoxdur. Sırf jurnalist araşdırmasıdır. Məhkəmə predimeti olan heç bir fakt yoxdur. Fürsətdən istifadə edib AMI-nin Rektoru hörmətli Aqiyə Naxçivanlıya müraciət edərək bildirmək istəyirəm ki, AMİ-nin rayon filialının direktorlarına nəzarət etsin, təhsilimizə təsadüfi adamları direktor təyin etməsin, rüşvət və korrupsiyanı təhsilə gətirən müəllimləri ciddi cəzalandırsın. Jurnalistləri himayə etsin, mətbuatın dostu olsun. Əks halda mən baş verənlərlə bağlı ölkə başçısına müraciət edəcəyəm”.
Qaynarxett.info

Digər xəbərlər
SON XƏBƏRLƏR