İcra hakimiyyətləri bu addımı atacaq - Nazir müavini

img

14-01-2015 [23:03]


Hazırda elektron hökumət portalına 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub. 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açıqlamasına görə, növbəti mərhələdə isə yerli icra hakimiyyəti orqanlarının qoşulması gözlənilir: 

"Yerli icra hakimiyyəti orqanlarının bu portala inteqrasiya olunmasına elektron hökumətin inkişafında növbəti mərhələ kimi baxılır”.

 E.Vəlizadə bildirib ki, www.data.gov.az portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər:

 "Nəzərdə tutulub ki, şirkətlərə, "start up”lara, istifadəçilərə xüsusi proqram modulları verilməlidir ki, dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təmin etmək üçün tətbiqi proqramların işlənilməsinə şərait yaratmaqdır. Vətəndaşlar üçün hazırlanan bu proqramlar müxtəlif dövlət informasiya mənbələrindən istər internet üzərindən, istər mobil qurğular vasitəsilə istədikləri məlumatı əldə edib öz məqsədləri üçün istifadə edə biləcəklər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA