"Bu, ermənilərin növbəti provakasiyasıdır" - Əvəz Həsənov

img

14-01-2015 [22:30]


Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, konfliktoloq Əvəz Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin yanvarın 14-də Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən atəş açılmasını erməni tərəfinin provakasiyası adlandırıb.

Bu barədə Mia.az-a açıqlama verən Ə.Həsənov deyib ki, monitorinqin keçirilməsi hər iki tərəf ilə
razılaşdırılmş və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təqdim etdiyi qrafikə uyğun olaraq keçirildiyindən ona qarşı hər hansı addımın atılması yolverilməzdir

"Azərbaycan tərəfi monitorinq zamanı atəşkəsin pozulmasına dözümlü yanaşması ilə yanaşı, bütün
insidentlər barədə ATƏT-in fəaliyyətdə olan sədrinə monitorinqin keçirilməsi zamanı yaranan texniki problemlər barədə özünün alternativ məlumatını və yaxud hesabatını təqdim etməlidir. Bu gələcəkdə baş verəcək hallara ATƏT-in diqqətinin artırılmasına kömək edəcəkdir".

Müsahibin sözlərinə görə, hələ 1994-cü ildə ATƏM-in Minsk Qrupunun Rusiyalı həmsədri Vladimir Kazimirovu müşaiyət edən hərbiçilərin maşınlarına da Azərbaycan-Ermənistan sərhəddində erməni postlarından atəş açılmışdı və xoşbəxtlikdən zərərçəkən olmamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA