İlham Əliyevin “heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz” sözlərinə İrandan reaksiya gəldi

img

14-01-2015 [22:22]


"Azərbaycan Respublikası öz imkanı və potensialına uyğun formada regional və beynəlxalq proseslərdə rol almağa çalışır”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm çıxış edib.
 
O, İlham Əliyevin "heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz” sözlərini dəstəklədiklərini bildirib:
 
"Bu gün dünyamızdakı proseslər böyük ölkələrin öz maraqlarını diktə etdirməsi dövrünün başa çatdığını göstərir. Azərbaycan Respublikası Prezidenti elə bu istiqamətdə aydın formada bəyan etdi ki, heç bir ölkə bizimlə ultimatum dillə danışa bilməz. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz imkanı və potensialına uyğun formada regional və beynəlxalq proseslərdə rol almağa çalışır. Bu çərçivədə İran ilə Azərbaycan arasındakı yaxın münasibətləri görməzliyə vurmaq olmaz. Hər bir ölkə öz yerləşdiyi məntəqədə söz sahibidir. Ölkələr öz milli maraqlarını tam ayıqlıqla izləyirlər. Elə bu istiqamətdə özlərinə etibarlı müttəfiqlər və dost ölkələr seçirlər. Bu baxımdan İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsini alqışlayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA