14-01-2015 [18:01]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində girovlarımızla bağlı tədbir keçirilib.
Mia.az-a Mərkəzdən verilən məlumata görə, Beynəlxalq Diaspor Mərkəzi (BDM), Dünya Azərbaycanlıları Konqresi (DAK), Türkiyə Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin birgə təşkilatçılığı ilə "Girovlarımıza azadlıq, ikili standartlara yox” adlı konfransda 30-a yaxın media və QHT nümayəndələri qatılıb.
Tədbirdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları da iştirak ediblər.
Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev konfransı giriş nitqi ilə açaraq deyib ki, tezliklə cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində girovlarımız azad olunaraq öz yaxınlarının yanına qayıdacaqlar: "Bu yaxınlarda diaspor təşkilatlarının nümayəndələri QHT əməkdaşları ilə birlikdə Gürcüstanda səfərdə olublar. Onlar Ermənistan səfirliyi qarşısında piket keçirmişdilər ki, təbii ki, bunu da böyük əks-sədası olmuşdu. Beləcə, biz artıq İdarə Heyətinin növbəti iclasında qərarlaşdırdıq ki, Moskvada, Ankarada, Vyanada da bu kimi tədbirlərimizi davam etdirək”.
Ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov isə bildirib ki, ölkə rəhbəri İlham Əliyev və dövlətimiz onların azad olunması istiqamətində böyük səy göstərir: "Eləcə də mən Qarabağ Azadlıq Təşkilatına, Beynəlxalq Diaspora Mərkəzinə və s. təşəkkürümü bildirərəm ki onlar əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, sözügüedən qurumlar xaricdə piketlər keçiriərək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırırlar”.
Toplantıda iştirak edən digər qonaqlar da, girovlarımızın azad edilməsi üçün xalqımızı birliyə və ölkə başçısının ətrafında daha sıx birləşməyə çağırıblar. Konfransın sonunda Beynəlxalq Diaspor Mərkəz tərəfindən xüsusi bəyənat da səsləndirilib. Bəyanatda təşkilatçılar ATƏT-in Minsk qrupuna, BMT-nin Təhlükəsizlik Şurasına xüsusilə Qərbin aparıcı dövlətlərinə müraciət edərək onları ikili standartlardan əl çəkməyə çağırıblar.
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir