Ümid Partiyası bahalaşmaya qarşı çıxdı

img

13-01-2015 [16:31]


12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Mia.az-ın məlumatına görə, Ümid Partiyası yanacağın qiymətinin artırılmasından sonra gözlənilən digər qiymət artımları ilə bağlı narahtçılığını bildirərək bəyan edir ki, yanacağın qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək:

"Digər məhsullarda qiymət artımı yanacağın qiymətinə əlavə olunan artımdan iki dəfə çox ola bilər. Maaşlarla qiymətlərin uzlaşmadığı bir zamanda bu qiymət artımı  onsuz da vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da  ağırlaşmasına gətirib çıxaracaq.

Partiya Tarif   Şurasını yanacağın qiymətinə yenidən baxmağa, hakimiyyəti dünyada qlobal iqtisadi böhranın baş verdiyi bir zamanda aztəminatlı ailələri nəzərə alaraq təcili tədbirlər planı hazırlayıb, əməli addımlar atmağa çağırır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA