13-01-2015 [15:39]
"Azərros" Federal Milli Mədəni Muxtariyyətindəki daxili qalmaqal böyüyür.
APA-nın verdiyi məlumata görə, qurum üzvləri ilə Ağsaqqallar Şurası arasında anlaşılmazlıq yaranıb. Belə ki, qurumun prezidenti Asif Məhərrəmov dekabrın 26-da istefa verəndən sonra bu il yanvarın 17-də növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul olunub. Lakin "Azərros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov həmin tarixdə növbədənkənar qurultayın keçirilməsinə qarşı çıxıb və bununla bağlı bəyanat yayıb.
A. Abbasov bu gün yaydığı müraciətində qeyd edib ki, "Azərros"la bağlı Federal Şuranın iclası çağırılmalı, növbədənkənar qurultaya hazırlıq planı təsdiq edilməlidir: "Buna görə də 2015-ci il 17 yanvar tarixinə təyin olunan növbədənkənar qurultaya hazırlıq işləri dayandırılmalıdır. Çünki qurultaya hazırlıq "Azərros" FMMM-in Nizamnaməsinə uyğun olaraq Muxtariyyətin Federal Şurasının rəhbərliyi altında keçirilməlidir".
A. Abbasov bəyanatında qeyd edib ki, yalnız Ağsaqqallar Şurası namizədləri təsdiq edəndən sonra "Azərros" prezidentini seçmək, eləcə də digər məsələləri həll etmək üçün qurultay keçirmək olar.
A. Abbasovun bu müraciətindən bir qədər sonra isə "Azərros"dan APA-ya bildirilib ki, yanvarın 17-nə təyin olunmuş növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, bir müddət əvvəl Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işlər ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə "Azərros”un Federal Şurasının sədri Mehriban Sadıqovaya və "Azərros”un prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub. Bildirilib ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq, "Azərros”un fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra "Azərros”un 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb.
Məktubda A. Məhərrəmovun "Azərros”u dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə "Azərros”un bütün arxivinin məhv edildiyi bildirilib.
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir