8 bələdiyyəyə seçkinin nəticələri etibarsız sayılıb

img

12-01-2015 [17:15]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı MSK-nın qərar layihəsi müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 8 bələdiyyədə seçkinin nəticələri ləğv edilib, 43 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu bələdiyyələrə 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində Ərəbşalbaş bələdiyyəsi, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində Uzunboyat və Sədan bələdiyyələri, 70 saylı Masallı şəhər Seçki Dairəsində Musakücə bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Sağlaser bələdiyyəsi, 94 saylı Bərdə Kənd Seçki Dairəsində Alpout bələdiyyəsi, 95 saylı Tərtər Seçki Dairəsində Soyulan bələdiyyəsi, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Nizami bələdiyyəsi daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA