Səngərdən fotolar yayan icra başçısının oğlu da məmur çıxdı - FOTOLAR

img

08-01-2015 [14:45]


Xəbər verildiyi kimi, Müdafiə Nazirliyi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində - səngərdə çəkdirdiyi fotolarla bağlı məsələyə münasibət bildirib.

Bu məsələni ilk dəfə haqqin.az saytı gündəmə gətirib. Sayt məmur oğlunun cəbhə xəttində apardığı piarla bağlı suallar qoyub:

- İcra başçısının oğlunun özü hərbi xidmətdə olubmu?

- Onun baş çəkdiyi hərbi hissə ön xəttə yaxındır, yoxsa arxada - nisbətən təhlükəsiz yerdədir?

- Məmur oğlu hərbi hissələrə tez-tez baş çəkir, yoxsa bayramdan bayrama, saytlar üçün şəkil çəkdirmək məqsədilə?

- Onun dizə qədər (?-red) qazılmış səngərdə əsgərlərlə şəkil çəkdirib yaymasının, bundan xəbər hazırlatdırıb saytlara yerləşdirməsinin məqsədi, mənası nədir?

- Biznesmen, fermer, zəngin biri olmadığı bəlli olan, daha doğrusu, rəsmən açıqlanmayan məmur balası bütöv bir bölüyün əsgərlərinə apardığı hədiyyələri hansı hesaba alıb? Məmur atasının pulunamı?

- Oğul Məmmədzadə ilə ata Məmmədovun eyni gündə səngərdə olub əsgərlərlə şəkil çəkdirməsi, bundan xəbər düzəltdirib cüzi zaman fərqi ilə yayması nə deməkdir?

***
Mia.az xəbər verir ki, səngərdə şəkil çəkdirib yayan və buna görə Müdafiə Nazirliyini açıqlama vermək zorunda qoyan Sənan Məmmədzadənin özü də İcra Hakimiyyətində vəzifə tutur. Ancaq o, atasının rəhbərlik etdiyi Ağdamda deyil, Bakının rayonlarının birində İcra Hakimiyyətində işləyir. Bundan əlavə, Sənan hərbi xidmətdə olub. Hələlik onun işlədiyi İcra Hakimiyyətindən rəsmi mövqe öyrənə bilmədiyimizdən, həm buna, həm də harada xidmət etdiyinə dair məlumatları yazmadıq. Araşdırmalarımız davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl icra başçısının oğlu cəbhə xəttində olub və burada hərbçilərlə görüşüb. S.Məmmədzadə görüşdən çəkilmiş bəzi fotoları sosial şəbəkələrdə yerləşdirib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA