“Danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək” - Rufiz Qonaqov

img

08-01-2015 [13:12]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Mia.az-a açıqlamasında bildirib ki, Ermənistanın atəşkəsi tez-tez pozmasının başlıca məqsədi, daxildəki ictimai siyasi vəziyyətin gərgin olmasından irəli gəlir: 

"Prezidentin xalq tərəfindən dəstəklənməməsi fonunda baş vermiş hadisələrdir. Atəşkəsi pozmaqla Ermənistandakı gərginləşmiş ictimai siyasi vəziyyəti müharibə fikrinə yönəltməyə çalışırlar. Digər tərəfdən, Ermənistana aydındır ki, torpaqları uzun müddət işğal altında saxlaya bilməyəcək. 

Ordumuzun gücü ortadadır. Azərbaycan Prezidenti 31 dekabr çıxışında da bir daha bəyan etdi ki, artıq Azərbaycan torpaqlarını qısa müddət ərzində azad etmək əzmindədir. Müdafiə nazirinin də son çıxışları ona xidmət edir ki, ordumuz torpaqları hərb yolu ilə azad etməyə hazırdır. Təbii ki, müəyyən zamana qədər diplomatik danışıqlar öz nəticəsini verməsə, hərb yolu seçiləcək.

Ötən il Ermənistanın atəşkəsi intensiv pozması nəticəsində Azərbaycan ordusunun cavabı Ermənistanı Rusiyaya sığınma məcbur etmişdi. Yəni, Ermənistan gözəl başa düşdü ki, Rusiyasız nəsə edə bilməz. Rusiyanın və Minsk qrupu Ermənistanı müdafiə edəcəklərsə, problemdə nəyəsə nail olmaq müşkül məsələdir. Belə olduğu təqdirdə yəqin, Azərbaycanın hərb yolundan başqa variantı qalmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA