İqbal Ağazadə prezidentə başsağlığı verdi

img

08-01-2015 [13:03]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Parisdə baş verən  terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar Fransa prezidentinə və xalqına başsağlığı verib.

Partiyadan Mia.az-a daxil olan başsağlığı məktubunda deyilir:

"Parisdə "Charlie Hebdo” satirik jurnalının redaksiyasında  edilmiş silahlı basqın zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də  olmaqla 12 nəfər həlak olub, daha dörd nəfər yaralanıb. Törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə kədərlənir, hiddətlənir və bütün dövlətləri   terrorizmə qarşı qətiyyətli  şəkildə mübarizə aparmağa çağırırıq. 
Baş vermiş faciə ilə əlaqədar bütün Fransa xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmasını diləyirik. 

İnanmaq istərdik ki, terorla mübarizədə ayrı-seçkiliyə yol verilmiyəcək. Millətindən, dinindən, dilindən və coğrafi mövqeyindən asılı olmayaraq bütün dövlətlər terrorla mübarizəyə qoşulacaq. Terrorun dili, dini, milləti yoxdur, bütün bəşəriyyət üçün təhlükəlidir və heç bir xalq, millət terrordan sığortalanmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA