Milli Məclisə seçkilər üçün vəsaitin həcmi açıqlanıb

img

07-01-2015 [22:50]


Azərbaycanda 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

APA-nın məlumatına görə, 2015-ci ilin dövlət büdcəsində bu xərclərə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki orqanlarının (dairə seçki komissiyalarının) saxlanılması, statistika sistemində islahatların aparılması ilə bağlı xərclər daxildir.

2015-ci ildə parlament seçkiləri ilə bağlı xərclər də bu köməkçi bölmədən maliyyələşdiriləcək.

Milli Məclisə seçkilərin keçirilməsi üçün 41,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA