Azərbaycan XİN Fransada törədilmiş terror aktını pisləyib

img

07-01-2015 [18:23]


Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”.

Bunu apa-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev Fransada "Charlie Hebdo” qəzetinin redaksiyasında baş vermiş terror aktına münasibət bildirərkən deyib.

"Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə baş sağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”, – deyə H. Hacıyev qeyd edib.

O vurğulayıb ki, heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz: "Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA