MSK millət vəkilinin mandatını ləğv etdi

img

07-01-2015 [16:19]


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib.

Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib. Xatırladaq ki, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçəcək. Buna görə də o, yanvarın 5-də MSK-ya müraciət edərək, deputat səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Seçki Məcəlləsinin 175 və 176-cı maddəsinə görə, müvafiq müraciət daxil olduqdan sonra 2 gün sonra deputatın müraciətinə baxılır.


Daha sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.


Qeyd edək ki, akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir, Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA