Şahvələd Çobanoğlu prokurorluğa çağırılıb

img

23-12-2014 [19:29]


Dekabrın 23-də jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağrılıb.

Mia.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. Jurnalistin sözlərinə görə, ondan QHT-lərə qarşı aparılan cinayət işi çərçivəsində ifadə alınıb:

"Adı bilinməyən, bizə yalnız nömrəsi deyilən, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı aparılan cinayət işinin çərçivəsində ifadə verdim. Mövzu mənim hesabıma köçürülən pullar barədə idi. Köçürülmə isə nəşri çoxdan dayanmış "Fərqli Düşüncə” dərgisinin çapı və yayımı ilə bağlı olub. Hər şey qanuni və şəffafdır. Bunlar axırını nəyə yönəldəcəklər, özləri bilərlər. Mən bütün hallarda "Fərlqi Düşüncə”yə görə yox, fərqli düşündüyümə görə ittiham oluna bilərəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA