"Ay rəhmətliyin oğlu, o dirək aşsa, maşındakıar həlak olsalar, canını hara qoyacaqsan?" dediyi hadisə Astarada baş verdi - Heyvanlar öldü + FOTOLAR

\"Ay rəhmətliyin oğlu, o dirək aşsa, maşındakıar həlak olsalar, canını hara qoyacaqsan?\" dediyi hadisə Astarada baş verdi - Heyvanlar öldü + FOTOLAR

CƏMİYYƏT

Bugün, 15:12

Astara rayonunda yüksəkgərginlikli elektrik dirəyinin aşması dörd baş qaranalın tələf olması ilə nəticələnib.

Məlumata görə, hadisə rayonunun Əzərüd kəndi ərazisində baş verib.

Yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində kənd sakini Sona Rəşidovaya məxsus dörd baş qaramal tələf olub. Ona dəyən maddi zərər 9 min manat məbləğində qiymətləndirilir.

Məsələ ilə bağlı Cənub Regional Eneji Təchizatı və Satışı İdarəsindən bildiriblər ki, sözügedən ərazidə yerləşən transformator kənd məktəbinin balansındadır. Həmin transformatordan çıxan yüksək gərginlikli xətlər məktəbi elektrik enerjisi ilə təmin edir. Həmin xətlər 30 dirək üzərindən aparılıb. Məktəbə cavabdeh olan qurum aidiyyəti üzrə müraciət etsinlər və dirəklərin yeri dəyişdirilə bilər/Report.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisdə deputat Səyyad Aranın məşhur çıxışı da belə hadisələrə köklənmişdi.

Deputat çxışında Saatlının Varxan kəndində aşmaqda olan elektrik dirəyinə görə "Azərişıq" sədri Vüqar Əhmədova 23 sentyabrda məktub yazdığını, ancAq hələ də nəinki dirəyin dəyişdiyini, ümumiyyətlə, ona cavab verilmədiyindən şiayətlənirdi: "Orada arxın böyüründə nəhəng beton dirək var, aşmaq üzrədir. Onun aşmaması üçün taxtadan da ona guya dirək veriblər. Ay rəhmətliyin oğlu, bu dirək aşsa, o zaman oradan keçən maşının üstə düşsə, o maşının içindəkilər həlak olsalar, sən canını hara qoyacaqsan? 23 sentyabrda məktub yazmışam, cavab yoxdur. Üstəlik, orada məktəbin yanında ətrafı açıq transformator var, uşaqlar orada futbol oynayır, top gedir düşür ora. Sənə (Vüqar Əhmədovu nəzərdə tutur-Mia.az) demişəm, gəl bura bir mühafizə çəpəri tik. Məktub yazmışam, ayə niyə gəlmirsən? Niyə qulağının ardına verirsən?".

Göründüyü kimi, deputatın təhlükələrədn xəbər verdiyi hadisələrdən biri artıq Astarada yaşanıb. Və maraqlı budur ki, "Azərişıq" ASC hər zamankı kimi suçu özgədə görür. Bu dəfə nazir Emin Əmrullayevi "nişan" verirlər.

İraq olsun, sabah daha böyük hadisə olsa, kimi hədəfə gətirəcəklər?

Allah daha böyüklərindən saxlasın!

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR