Arda və Kənan mükafata namizəd göstərilib - Siyahıda daha kimlərin adı var?

Arda və Kənan mükafata namizəd göstərilib - Siyahıda daha kimlərin adı var?

İDMAN

Bugün, 14:45

Türkiyəli futbolçular Arda Gülər ​​və Kənan Yıldız "2026 Qlobal Futbol Mükafatları"nda "Yüksələn Oyunçu" kateqoriyasında namizəd göstəriliblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təşkilatçılar siyahı açıqlayıblar.

Təşkilatın açıqlamasına görə, İspaniyanın "Real Madrid" komandasında oynayan 21 yaşlı Arda Gülər ​​və İtaliyanın "Yuventus" komandasında oynayan 21 yaşlı Kənan Yıldız "2026-cı ilin Yüksələn Oyunçusu" kateqoriyasında namizədlər arasındadırlar: "Onlarla yanaşı, namizədlər arasında Pau Kubarsi, Yan Diomande, Endrik, Karlos Espi, Viktor Froholdt, Lennart Karl, Eli Junior Kroupi, Mayles Lyuis-Skelli, Yohan Manzambi, Antonio Nusa, Niko O'Reyli və Uorren Zair-Emeri var".

İlin oyunçusu mükafatına namizədlər Jude Bellingham, Pau Cubarsi, Ousmane Dembele, Federico Dimarco, Desire Doue, Bruno Fernandes, Erling Haaland, Achraf Hakimi, Vinicius Junior, Harry Kane, Khvicha Kvaratshelia, Lautaroian M. Martinezp, Lautaroan M. Joao Neves, Michael Olise, Raphinha, Declan Race, Rodri, Fabian Ruiz, Bukayo Saka, William Saliba, Dominik Szoboszlai, Vitinha və Lamine Yamal isə göstəriliblər.

Məlumat üçün qeyd edək ki, mükafatlar 28 dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə təqdim olunacaq.

Futbol azarkeşləri "https://vote.globesoccer.com" veb saytı vasitəsilə səs verə bilərlər.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR