İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb

İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb

CƏMİYYƏT

Bugün, 13:31

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.

Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı ərazi üzrə Şəki Rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR