Avropa Çempionatı: Muaytay üzrə milli yığma komandamız uğurlu nəticə göstərib - FOTOLAR

Avropa Çempionatı:  Muaytay üzrə milli yığma komandamız uğurlu nəticə göstərib - FOTOLAR

İDMAN

Bugün, 09:54

18-25 tarixlərində Paris şəhərində keçirilən Avropa Çempionatında ölkəmizi milli yığma komandanın 4 idmançısı və məşqçi Vüqar Əsədov təmsil edib.

Mia.az xəbər verir ki,  Muaytay üzrə udmançılarımız ilk gündən döyüşə çıxıblar.

Məlumata görə, Muaytay 67 Kq Elit klasda iştirak edən Rəvan Ağazadə 1/8 döyüşündə polşalı rəqibinə qalib gələrək ilk 1/4 finala yüksəlib. 1/4 döyüşündə isəo, tTürkiyəli idmançıya qalıb gələrək yarımfinala çıxıb. İdmançımız yarımfinalda belarusiya idmançıya məğlub olaraq  bürünc medal qazanıb.

Muaytay  71 kq Elit klasda isə Məhəbbət Hümbətovun qrupunda 14 idmançı mübarizə aparıb. 1/4 döyüşündə idmançımız belçikalı idmançıya qalib gələrək, adını yarımfinala yazdırıb. Yarımfinalda o, rusiyalı idmançıya xal hesabı ilə məğlub olaraq 3-cü yerlə kifayətlənməli olub.

Muaytay 63.5 kq Elit klasda Rəhim Əsgərli 1\4 döyüşündə türkiyəli idmançıya qalib gəlib. Ancaq o, yarımfinalda Ukraynalı rəqibinə məğlub olaraq bürünc medala sahib olub.

Maemuay üzrə çıxış edən idmançımız Səlahəddin  Qocazadə isə Çempionatın gümüş medalını qazanıb.

 Medal sıralamasına görə 4 medal qazana Azərbaycan milli komandası  36 ölkə arasında 8- ci sırada Çempionatı başa vurub.

Fərid

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR