Britaniya Səudiyyə Ərəbistanına döyüş təyyarələri göndərdi

Britaniya Səudiyyə Ərəbistanına döyüş təyyarələri göndərdi

DÜNYA

Bugün, 10:30

Yəməndəki husi qruplaşması ilə bacara bilməyən Səudiyyə Ərəbistanına Böyük Britaniyadan da hərbi dəstək gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, husilərin artan raket və dron hücumlarından sonra Səudiyyə neftinin dünya bazarına tədarükündə yaranan böhrana Britaniya biganə qalmayıb.

Məlumata görə, London Ər-Riyadın istəyi ilə Səudiyyənin hava məkanının müdafiəsi məqsədiylə bölgəyə Kral Hərbi Hava Qüvvələrinin (RAF) Typhoon qırıcı təyyarələrini göndərib.

Britaniya hökumətindən bildirilib ki, döyüş təyyarələri bölgədə hücum deyil, yalnız müdafiə vəzifələrini yerinə yetirəcək: "Biz Husilərə qarşı birbaşa hücumda yer almayacağıq"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR