Ukrayna Rusiyanın "ikinci paytaxtı"nı "vurdu": neft terminalı, məlumat mərkəzi...

Ukrayna Rusiyanın \"ikinci paytaxtı\"nı \"vurdu\": neft terminalı, məlumat mərkəzi...

GÜNDƏM

Bugün, 00:25

Ukrayna ordusu ABŞ lideri Trampın "Rusyadakı yanacaq infrastrukturuna zərbə endirməyin", - xəbərdarlığına məhəl qoymadan Rusiyaya dron zərbələrini bu gün də davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son sutkada Ukrayna Sankt-Peterburq şəhərinə və Leninqrad bölgəsinə güclü dron hücumları həyata keçirib.

Məlumata görə, hücumla bölgədəki Rusiyada Neft Terminalı və Elektron Məlumat Mərkəzi ciddi zərər görüb.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib ki, dron hücumları səbəbindən dörd fərqli ərazidə mülki binalar və obyektlərə güclü yanğınlar baş verib: "Bundan başqa, Sankt-Peterburq Neft Terminalına da zərbə endirilib, nəticədə güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hələ də yanğınları nəzarət altına almağa çalışırlar".

Qubernator ölən və yaralananların olmadığını da sözlərinə əlavə edib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, bölgə üzərində ümumilikdə 126 dron vurulub: "Vurulan dron qalıqları bəzi evlərə, elektrik xətlərinə və nəqliyyat vasitələrinə zərər verib. Bəzi əraizlərdə bu səbəbdən elektrik kəsintiləri yaranıb. Həmçinin bu səbəbdən  Sankt-Peterburqdakı Pulkovo hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR