Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

CƏMİYYƏT

Bugün, 00:03

19 oktyabr 2026-cı il üçün

Qoç Həyatınızda yeni çağırışları qəbul etmək üçün həyəcanlı bir gündür. Bu gün özünüzü kəşf etməklə məşğul olacaqsınız, buna görə də vaxtınızı ən yaxşı tərəflərinizi üzə çıxarmaq üçün dəyərləndirin. İşdə yeni bir layihə üzərinizə götürə bilərsiniz. Böyük bir dəyişiklik gözlənilir və bu, bütün məsuliyyəti öz üzərinizə götürməyinizlə nəticələnəcək. Sağlamlığınız yaxşı olacaq.

Buğa

Bu gün özünüzü sosial və xeyriyyə işlərinə həsr edə bilərsiniz. Təsəlli tapmaq və peşmançılıq hisslərinizi xoşbəxtliklə əvəz etmək üçün yaxşı gündür. Fəhlə və xidmət sahəsi işçiləri (fiziki əməklə məşğul olanlar) vəzifə artımı gözləyə bilərlər. Sevgi hissləriniz bu gün öz bəhrəsini verəcək. Ümumilikdə, sizin üçün çox xoşbəxt və dinc bir gün olacaq.

Əkizlər

Bu gün gün ərzində özünüzü xüsusi olaraq bəxtəvər və uğurlu hiss edəcəksiniz, buna görə də minnətdar olmağı unutmayın. Bəxtinizi qiymətləndirməyə imkan verəcək bol-bol fürsətlərlə qarşılaşacaqsınız. Bu gün böyük bir əmlak və ya qiymətli əşya almağınız gözlənilir. Dələduzlara və fırıldaqçılara karşı ehtiyatlı olun. Daxili hissiyyatınıza inanın, bu sizə fayda gətirəcək.

Xərçəng

Bilik və bacarıqlarınızı artırmaq üçün əla gündür. Bu gün xoş bir təcrübə yaşamağınız gözlənilir. Yaxın bir qohumunuzdan pul daxilolması proqnozlaşdırılır. Sənədləşmə işlərində ehtiyatlı olun və hər şeyi diqqətlə oxuyun. Ümumilikdə, sizi uğurlu bir gün gözləyir.

Şir

Bu gün sağlamlıq problemləri yarana bilər. Tənbəllik və halsızlıq sizə üstün gələ bilər. Bu səbəbdən öhdəliklərinizi vaxtında yerinə yetirməyə vaxtınız çatmaya bilər. Odur ki, özünüzü iş gərginliyinə hazırlayın. Sağlamlıq göstəriciləriniz bu gün müsbət deyil, səhhətinizin qeydinə qalın.

Qız

Tələbələr üçün yaxşı gündür, çünki təhsil sahəsində xoş xəbərlər ala bilərlər. Bu gün çəkdiyiniz zəhmət gələcəkdə bəhrəsini verəcək. Sağlamlığınız yaxşılaşacaq. Şəxsi və sevgi həyatınızda müsbət irəliləyişlər görünür.

Tərəzi

Tərəfdaşınıza onu hələ də sevdiyinizi xatırlatmaq üçün mükəmməl vaxtdır. Səmimi mesajlar bölüşün, görüş və ya istirahət planlaşdırın və sevginizlə onun özünü xüsusi hiss etməsinə şərait yaradın. Şəxsi həyatınızın inkişaf edəcəyi gözlənilir. İş yoldaşınızdan gələn xəbər sizi sevindirəcək. Sağlamlığınız da bu gün sizinlə olacaq.

Əqrəb

Istedad və bacarıqlarınız üzərində işləmək üçün əla gündür. Köhnə bir dostunuzla qarşılaşmağınız gözlənilir. Bu dostunuz sizi gözlənilməz xəbərlə sevindirə bilər. Sənədləşmə işlərində diqqətli olun. Bu gün hər hansı müqavilə və ya saziş imzalamaqdan çəkinin. Ağılla hərəkət edin və yalnız ehtiyac olduqda reaksiya verin. Yersiz söhbətlərə qoşulmaqdan qaçın.

Oxatan

Günün gedişatı sizin xeyrinizədir. İş müsahibəsində və ya analoji sınaqlarda iştirak edənlər sevindirici xəbərlər alacaqlar. Uzun müddətdir gözlədiyiniz şeyi bu gün əldə edəcəksiniz, buna görə pessimist olmayın, əks halda dəyərli bir şeyi itirə bilərsiniz. Maliyyə baxımından işlər sizin tərəfinizə dönəcək, böyük məbləğdə pul daxilolması gözlənilir.

Oğlaq

Sakit və təmkinli olun, çünki ətrafınızdakı insanlar sizi təxribata çəkməyə çalışa bilərlər. Onlar işinizə görə sizi tənqid edə və hətta əhvalınızı vurmağa çalışacaqlar, lakin bu rəy və düşüncələrin sizə təsir etməsinə imkan verməyin. Xeyriyyəçilik etmək və pul bağışlamaq sizə mənəvi rahatlıq və xeyir-dua gətirəcək.

Dolça

Bu gün yüksək əhval-ruhiyyədə olacaqsınız. Həmçinin sağlamlığınıza xüsusi diqqət yetirəcək və idman həvəskarı kimi davranacaqsınız. Köhnə bir dostunuzla qarşılaşa bilərsiniz. Peşəkar həyatınızda irəliləyiş gözlənilir. İş yoldaşlarınız sizə kömək əlini uzada bilərlər.

Balıqlar

Qarşınıza yeni fürsətlər çıxır və onları bu gün yaxalamaq üçün tam vaxtıdır, əks halda bir daha geri qayıtmaya bilər. Ətrafınızdakı insanlar sizi özlərinə ilham mənbəyi kimi görə bilərlər, çünki siz çətin vaxtlarda belə əzmkar qalan birisiniz. Gəlirləriniz artacağı üçün maliyyə vəziyyətiniz yaxşılaşacaq. Sağlamlığınızda da irəliləyişlər gözlənilir. Ümumilikdə, qarşıda sizi uğurlu bir gün gözləyir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR