YAP Gənclər Birliyinin sədri də dəyişdi - Yeni sədr və müavinləri seçildi

 YAP Gənclər Birliyinin sədri də dəyişdi - Yeni sədr və müavinləri seçildi

SİYASƏT

Bugün, 10:52

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.

YAP Mətbuat xidmətindən verilən məlumata görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.

Qeyd edək ki, bundan əvvəl YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.

Mia.az xatırladır ki,  PA-nin sabiq rəhbəri, hazırda hakimiyyəti zorla ələ keçirmədə ittiham olunan Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.  

Bundan başqa, keçmiş deputat Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yenidən sədri, "Qaçkınkom"un keçmiş sədri Əli Həsənov isə  Veteranlar Şurasının sədr müavini seçilib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR