Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: "Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir"

Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: \"Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir\"

SİYASƏT

Bugün, 12:56

"Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğanın Cümhur İttifaqındakı əsas müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdəki fraksiyasının üzvləri ilə görüşdə deyib.

O bildirib ki, Husilərin Səudiyyə Ərəbistanına  hücumunun qarşısını diplomatik yollarla almaq müşkilə çevrilib: "İndi diplomatiya kifayət deyilsə, hərbi çəkindirici vasitələrdən istifadə edilməlidir. Çünki bu hücumlar ağır mülki itkilərə səbəb olub. Onlar bölgədə sülh və sabitliyi hədəf alır. Beynəlxalq ticarət və enerji təchizatı təhlükəsizliyi üçün ciddi risklər yaradır. Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir. Husi hücumlarına dözə bilmərik, onlara qarşı hərəkət etməliyik. Türkiyə Səudiyyə Ərəbistanı ilə həmrəyliyini davam etdirəcək. Müqəddəs torpaqlarımıza olan inamımız heç vaxt azalmayıb. Husilər hücumlarına dərhal son qoymalıdırlar. Artıq müsəlman qanı tökülməməlidir. İslam dünyası bir və bütöv olmalıdır və qardaş qırğını münaqişəsi mümkün qədər tez bir zamanda sona çatmalıdır. Bunun üçün də Ər-Riyada hər cür dəstək verilməlidir."

MHP lideri detyib ki, Türkiyə güclü dövlətdir: "Dünya Türkiyənin gücünü bilir. Ölkəmiz dünyanın görüş və barışıq mərkəzidir. Türkiyəni zəiflətmək üçün səylər göstərilir. Terrorizmdən azad Türkiyədən qorxanlar var. Türk milləti qərarını dəyişməyəcək".

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR