Deputat: "Biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük" - "Süni intellekt və sosial media sürətli formada..." 

Deputat: \"Biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük\" - \"Süni intellekt və sosial media sürətli formada...\" 

SİYASƏT

Bugün, 12:42

"Bu gün süni intellekt və sosial media sürətli formada insanların həyatına daxil olur.

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü icasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük: "Bu mənada dövlətçilik baxımından bizi xeyli narahat edən məsələlər var. Xüsusilə də sosial mediada baş verənlər, müzakirələr və məqsədli şəkildə kənardan edilən müdaxilələr bizi ciddi formada düşündürür. Bu baxımdan süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq həm süni intellekt, həm də sosial media ilə bağlı qanunun qəbuluna ehtiyac var. Bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir. Bu baxımdan "Təhsil haqqında" qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə ayrıca Təhsil Məcəlləsi hazırlanmalıdır".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR