Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"

Zakir Həsənov: \"Xəbər məni dərindən kədərləndirdi\"

GÜNDƏM

Bugün, 14:29

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:  "Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm.

Allah rəhmət eləsin",

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR