Ukraynanın işğal olunmuş bölgəsində aclıq hökm sürür - İNSANLAR OT YEYİR, BƏZƏN ÖLÜLƏR GÜNLƏRLƏ DƏFN OLUNMUR!

Ukraynanın işğal olunmuş bölgəsində aclıq hökm sürür - İNSANLAR OT YEYİR, BƏZƏN ÖLÜLƏR GÜNLƏRLƏ DƏFN OLUNMUR!

GÜNDƏM

Bugün, 14:47

Rusiyanın işğalı altında olan Ukraynanın Oleşki şəhərində "ilişib qalan" əhali aclqı təhlükəsiylə çəkişir.

Mia.az xarici mətbuata istinadla xəbər verir kiyerli əhali qida və su çatışmazlığı səbəbindən alaq otları yeyərək sağ qalmağa çalışırlar.

Oleşki şəhərində qalan və adını təhlükəsizliyi görə "Halia" kimi qeyd edən qadın bildirib ki, şəhər daim bombalanır deyə qida və su təchizatı zənciri qırılıb: "Üç gün əvvəl yaxın qonşumuz ər-arvad 23 kilometr uzaqlıqdakı Radenskdən bir kisə qida gətirdi, lakin Rusiya hərbçilərinin şəhərdə tətbiq etdiyi komendant saatından əvvəl evlərinə qayıda bilmədiklərindən yolda gecələməli olublar. Bu zaman onları düşəmən sayaraq droanla vurub öldürüblər. Şəhər belə ağır və məşəqqətli vəzyyətdədir. Nə şəhərə qisa gətirilir, nə də su verilir. Kənardan qida gətirmək isə çox qorxuludur. Maşınlar qaranlığa qalarsa, dronla vurulur deyə camaat qorxusundann yola çıxa bilmir. Bu səbəbdən yerli əhali acından ölməmək üçün alaq otlarına qədər yeyirlər..."

Qadın deyib ki, o vaxtında ərzaq ehtiyatı görüb və hazırda çox qənaətlə istifadə edir: "Ancaq burada həqəqətə çoxluq bağçalarında olan alaq otlarını qaynadır, sup bişirir və ya elə belə də yeyrək sağ qalmağa çalışır. Şəhərdəki bütün mağazalar boşdur, heç nə yoxdur. Nə geyim, nə də gigiyena məhsulları var. Üç ildən çoxdur burada qaz, işıq və su da yoxdur. Adamlar suyu oradan-buradan və həyətda qazdıqları quyudan təmin edir. Odunla evləri isitməyə çalışırıq. Çox çətin vəziyyətdir. Bəzi sakinlər qida axtarmaq üçün bəzən minalanmış yollardan keçir, ərzilərə girir. Bəzən şəhərdə ölü olur, adamlar onun dəfni də vaxtında edə bilmirlər. Meyit günlərlə ortalıqda qalır..".

Məlumatda deyilir ki, 2022-ci ildən bəri Rusiyanın işğalı altında olan Oleşki Ukrayna Dnepr çayı ilə Rusiya qüvvələri arasında qalıb. Bura həmçinin 2023-cü ildə Nova Kahovka bəndinin dağılmasından sonra minlərlə insanın evini itirdiyi və binaların damlarına qədər su basdığı ​​şəhərlərdən biri kimi tanınır. O zaman Ukrayna və NATO bəndi partlatmaqda Rusiyanı günahlandırsa da, moskva iddianı rədd edib və qarşı tərəfi günahlandırıb. Yəni, hər iki tərəf bir-birlərini indiyə qədər ittiham edirlər.

Rusiya hökuməti yayılanməlumatla bağlı bildirib ki, bu həftənin əvvəlindən başlayaraq Oleşkin ərzaq və dərman təchizatında problemlərlə üzləşib: Çünki Ukrayna ordusu 6 mindən çox insanın yaşadığı bölgəyə qisda daşıyan maşınları vurur. Hazırda Rusiya ordusu bu problemləri həll etməyə çalışır".

Ukraynanın xarici işlər naziri Andrey Sibihanın sözlərinə görə, yerli əhali Rusiya qüvvələri tərəfindən tam blokada saxlanıldığı üçün bölgədə aclıq yaranıb.

 Nyu-Yorkda BMT-nin tədbirində sualları cavablandıran nazir Rusiyaya qarşı  beynəlxalq təzyiqi artırmağa çağırıb: "Rusiya şəhərə humanitar yardımın  daxil olmasına icazə vermir. Buna görə Moskvaya təzyiq artırılmalıdır".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR