“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
MƏDƏNİYYƏT
Bugün, 17:18
Yazının əvvəlini BURADAN oxuya bilərsiniz:
***
(II Yazı)
***
Mətbuatın imtahanı: dünənin vahid ürəyi və bu günün laqeyd sükutu
I yazıda sənədli nəsrimizin diqqətəlayiq nümunələrindən biri olan “Nargin: Saralmış kədər” romanı əsasında tariximizin qanlı və ağrılı səhifələrinə ümumi bir baxış atmış, həmkarım Yunis Orucovun sənədli materiallar üzərində qurduğu bədii aynanı oxucularla bölüşmüşdüm. Niyyətim bu əsəri fəsil-fəsil, mərhələlərlə təhlil etmək idi. Lakin dünən 20 sentyabr — Dövlət Suverenliyi Günü münasibətilə mətbuatımızın və sosial platformaların yerli seqmentində gedən müzakirələri izlədikdən sonra bu ardıcıllığı pozmaq məcburiyyətində qaldım.
Çağdaş Azərbaycan mediasının və ictimai seqmentinin bu qədər yaddaşsız, strateji hədəflərdən bu dərəcədə uzaq və vurdumduymaz olması acı bir reallıq kimi qarşımızda dayandı. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının ildönümündə hadisənin geosiyasi çəkisini, beynəlxalq hüquqi və hərbi nəticələrini soyuqqanlı, elmi və strateji dillə izah edən dərin analitik yazılar görmədik. Saytlar və portallar sadəcə klik toplamaq, kimin nə dediyini ən tez tirajlamaq yarışına girdilər; sosial şəbəkələrin kütləvi müzakirəsi isə erməni seqmentinin statusları altında söyüşməkdən və ya tamamilə süni, məişət xarakterli gündəmləri önə çıxarmaqdan o tərəfə keçmədi. Ən yaxın tariximizin qürurunu belə gələcək nəsillərə intellektual bünövrə ilə çatdırmaqda aciz qalan, hazır press-relizlərlə kifayətlənən müstəqil mediamızın fonunda, bir əsr əvvəl çar imperiyasının müstəmləkə buxovları altında yaşayan klassik mətbuatımızın nümayiş etdirdiyi fədakarlıq bu gün bizə ən sərt dərs olmalıdır.
Yunis Orucovun romanının ən aparıcı xətlərindən brini təşkil edən Nargin dövrü mətbuat salnaməsi məhz bu səbəbdən yenidən vərəqlənməyə möhtacdır. XX əsrin əvvəlindəki çar senzurası altında belə milli ideya naminə kommersiya rəqabətini dayandıran mətbuat ilə bu günümüzün texniki cəhətdən müasir, lakin klik ardınca qaçan, gündəmi ötürən mediasını müqayisə edərkən təssüf ki, mənsubu olduğumuz çağdaş media 1:0 uduzmuş vəziyyəti ilə qarşılaşırıq.
Rəqabəti Susduran Həmrəylik: Azərbaycan mətbuatının etik zirvəsi
Kapitalist bazarının ən sərt qanunlarının işlədiyi, qəzetlərin tiraj və abunəçi uğrunda amansız rəqabət apardığı 1915–1917-ci illər Bakısında bənzəri görünməmiş bir hadisə baş verir: Milli dərd qarşısında bütün kommersiya maraqları susur. Tarixə “Qardaş köməyi” günü və eyniadlı dərginin nəşri kimi düşən həmin gün Bakıda başqa heç bir mətbu orqan çap olunmur. Nəşrin kağızını bir-biri ilə rəqabətdə olan naşirlər — Haşım bəy Vəzirov, Orucov qardaşları və “İqdam” qəzetinin sahibi Əlimuxtar Ələkbərov təmənnasız təmin edir. Çap işini Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi “Açıq söz” qəzetinin mətbəəsi öz üzərinə götürür. Redaksiya heyəti heç bir qonorar güdmədən, tamamilə könüllü çalışır. Rəsmi naşir kimi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəalı Mirzə Əsədullayevin adı qeyd olunur. Təkcə bir nömrəsi işıq üzü görən bu dərginin satışından əldə olunan hər qəpik Qafqaz cəbhəsində pərən-pərən düşmüş, Qarsda, Ərzurumda qırğına məruz qalan qaçqınlara və ən əsası — Xəzərin ortasında, susuzluq və yatalaq içində can verən Nargin adasındakı türk hərbi əsirlərinə sərf edilir. “Doğru söz” qəzetinin əməkdaşı İslam bəy Qabulovun yazdığı kimi, bu dərgi “fəlakətə düçar olan zavallı müsəlmanların ağrısını yüngülləşdirmək üçün uzadılan yardım əllərinin yaratdığı şəfqət və mərhəmət hissinə verilən ən münasib addır.”
Bu, Azərbaycan nəşr tarixində publisistikasında təkrarlanmayan bir əxlaq zirvəsidir. Mətbuat sadəcə xəbər yayan mexanizm deyil, bütöv bir xalqın vicdanını və döyünən ürəyini təmsil edən ictimai qüvvəyə çevrilmişdi.
Yunis Orucov qələminin məharəti ilə sənədli faktı bədii və sosioloji dərinliklə birləşərək dövrün ən ağrılı ictimai mənzərəsini üzə çıxarır: Qardaş köməyi” dərgisinin satıldığı köşkün qarşısında yaranan basabas cəmiyyətin iki kəskin qütbünü üz-üzə qoyur. İntelektual və mesenat təbəqə: Hacı Zeynalabdin Tağıyevin “Bizim səsimiz bəzən gec çatır, amma qəzetlər yazanda hamı tez əl-ayağa düşür” sözləri mətbuatın ictimai səfərbərlik və milli borc aləti kimi gücünə olan sarsılmaz inamı göstərir. Sosial dibin insanları (Liman hambalları): Onlar üçün isə “kömək” kəlməsi uzaqdakı qardaşın azadlığı deyil, bu axşama sağ çıxmaq, bir parça çörək tapmaq deməkdir. Şayiə yayılır ki, köşkdə nəsə paylayırlar. Hambalların fəryadı mənəvi ucalığın aclıq qarşısındakı çarəsizliyini əks etdirir: “– Ay qardaş, nə yardımı eləyirsən? Başına dönək, yardım yardımdısa, vallah, bizim yardıma hamıdan çox ehtiyacımız var... Gecəmiz, gündüzümüz yoxdu, yük daşımaqdan canımız çıxıb, adam daşımaqdan belimiz əyilib. Sənə qurban, ay qardaş, bizi əliboş qaytarma...”
Burada qurulan paralellik sarsıdıcıdır: Bir tərəfdə Nargin adasındakı tikanlı məftillər arxasında fiziki əsarətdə olan əsirlər. Digər tərəfdə isə azadlıqda gəzən, lakin ağır zəhmətin, yoxsulluğun və bioloji aclığın əsirinə çevrilmiş Bakı insanı. Biri ölüm düşərgəsinin, digəri sosial ədalətsizliyin məhbusudur. Əsər göstərir ki, kütlənin milli şüurunu formalaşdırmaq təkcə qəzet çap etməklə bitmir; millətin belini bükən yoxsulluq aradan qaldırılmadıqca ideya ilə kütlə arasında keçilməz divarlar qalır. Lakin I yazıda qeyd etdiyimiz kimi məhz Nargin adasındakı türk əsirlərinə yardım toplandığını söyləyəndə hamballar hamısı əlini cibinə atıb, həmin gün qazandıqları 1 qəpik pulu yardım fonduna verirlər.
Mətbuatın salnaməsi
Mətbuatın açdığı bu yol qısa müddətdə bütün Qafqaza yayılan nəhəng bir humanitar hərəkata çevrilir. “Açıq söz”, “Sədayi-həqq”, “Səda”, “Nicat”, rusdilli “Kaspi” kimi orqanlar bir-birinin ardınca Nargin faciəsini, İspir və Tiflis yetimxanalarındakı türk uşaqlarının durumunu gündəmə gətirirlər. Bu fədakarlığın coğrafiyası və rəqəmləri mətbuatın hərəkətverici qüvvəsini aydın sübut edir: Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Tiflisdə keçirilən “Qardaş köməyi” aksiyasında 7.600 manatdan çox vəsait toplanır. Gəncədə 3.500 manat, İrəvanda 2.400 manat yardım yığılır. 1915-ci il noyabrın 26-da qəbul edilən qərarla müharibədən zərər çəkmiş müsəlmanlara yardım artıq ümum-Qafqaz miqyası alır. Şuşa, Şəki, Şamaxı, Batum, Çakvi sığınacaqları yetim uşaqlara qucaq açır. İstiqlal şairimiz Əhməd Cavadın “Açıq söz” qəzetindəki silsilə yazıları bu salnamənin ən kövrək səhifələridir. Onun Tiflisdəki sığınacaq rəhbəri Fatma xanım haqqında yazdığı sətirlər mətbuatın canlı fədakarlıq abidəsini necə əbədiləşdirdiyini göstərir: “Özünü bu yetim uşaqlara qurban etməklə ‘Yetimlər anası’ və həqiqətən, ‘Millət qızı’ deməyə məcbur edir.”
İki əsrin mətbuatı
Yunis Orucovun “Nargin: Saralmış kədər” romanı sadəcə tarixi bir faciənin bədii sənədləşdirilməsi deyil, eyni zamanda Azərbaycan mətbuatının ən şərəfli imtahan vərəqəsidir. O dövrün mətbuatı müstəmləkə rejminə, senzuraya, kağız qıtlığına və maddi imkansızlıqlara rəğmən: qonorarsız çalışaraq şəxsi mənfəəti milli amala qurban verə bilirdi. Rəqabəti bir kənara qoyub vahid cəbhədə birləşməyi bacarırdı. Ən ucqar kəndlərdən Nargin adasındakı dustaqlara qədər bütöv bir xalqın dərdini gündəmin mərkəzində saxlayırdı.
Bu günün müstəqil, müasir texnologiyalarla təchiz olunmuş, operativ və zəngin resurslara malik mediası isə tarixi qələbələrimizin, Suverenlik Günümüzün mahiyyətini təhlil etməyə tənbəllik edir, oxucunu klik ovçuluğuna və bəsit şoulara qurban verir. Nargin dərsləri təkcə keçmişin kədəri deyil; bu gün xəbər istehsal edən, qələm tutan hər bir qələm sahibinin öz peşə vicdanı qarşısında cavab verməli olduğu tarixi bir xəbərdarlıqdır.
Kəbutər Hakverdi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyənən ən güclü partiyası: növbəti sorğunun nəticələəri açıqlandı
Bugün, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bugün, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
Bugün, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
Bugün, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
Bugün, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
Bugün, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Bugün, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
Bugün, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
Bugün, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
Bugün, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Bugün, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
Bugün, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
Bugün, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
Bugün, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
Bugün, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
Bugün, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
Bugün, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
Bugün, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
Bugün, 13:21 CƏMİYYƏT
-
İsrail Qəzzada yeni əməliyyata başlayıb, ölənlər var
Bugün, 13:11 DÜNYA
-
Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi
Bugün, 12:58 DÜNYA
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bugün, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
"Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya
Bugün, 12:25 SİYASƏT
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:10 CƏMİYYƏT
-
“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO
Bugün, 12:04 CƏMİYYƏT
-
Milli Məclisdə daha bir sahə üzrə dinləmə keçiriləcək
Bugün, 11:47 GÜNDƏM