Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!

Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, \"Reuters\" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!

GÜNDƏM

Bugün, 18:03

ABŞ administrasiyası Səudiyyə Ərəbistanın öncüllüyündəki müttəfiq ölkələrin Yəmən hökuməti ilə birgə bacara bilmədiyi İranın dəstəklədiyi Husilərlə bağlı gözlənilməz mövqe nümayiş etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün ABŞ-ın təşəbbüsüylə amerikalı rəsmilərlə qruplaşmanın nümayəndə heyəti arasında  Omanın paytaxtı Məskatda gizli görüş olub.

İddiaya əsasən, görüşdə Qırmızı dənizdəki gərginlik və ticarət gəmilərinə hücumlar, o cümlədən Yəməni demək  olar ki, tam ələ keçirən qruplaşma ilə gələcək əməkldaşlıq imkanları  müzakirə olunub: "Amerika tərəfi gələcək əməkdaşlıq üçün Husilərdən Amerika və İsrail gəmilərini hədəf almayacaqlarına dair təminat istəyib. Husilər isə bunun qarşılığlnda İrana  hücumu dayandırılması və Səudiyyənin bölgədən geri çəkilməsi tələbini qaldırıb. Qruplaşma bunun qarşılığında 2025-ci ildə Vaşinqtonla əldə edilən atəşkəs razılaşmasına əməl edəcəklərinə təminat veriblər".

Yayılan xəbərdə o da deyilir ki,  görüşdə qruplaşma təmsilçiləri arasında ABŞ-ın sanksiyası altında olan  Husi rəsmisi Məhəmməd Əbdülsəlam və Əbdülməlik əl-Əcri olublar.

"Reuters"in bu iddiaları azı 5 mənbə tərəfindən təsdiqləndiyini yazıb. Bildirilib ki, görüş Omanın vasitəçiliyi ilə baş tutub.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR