264 nömrəli məktəbdəki skandal araşdırılır

264 nömrəli məktəbdəki skandal araşdırılır

CƏMİYYƏT

Bugün, 19:35

"264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır".

Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib:

"Məktəbdə şagirdlərin davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.

Şagirdlərin valideynləri də məktəbə dəvət edilib. Onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi prioritetdir".

"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə məlumatda vurğulanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR