12 dövlət İsrailə qarşı birləşdi, Türkiyədən dəstək mesajı verildi - Tel-Əviv Britaniya konsulluğunu qapatdı
GÜNDƏM
Bugün, 00:12
Türkiyə, Fransa, Böyük Britaniya və Kanada da daxil olmaqla 12 ölkənin işğal olunmuş İordan çayının qərb sahilindəki Fələstin torpağında İsrailin qanunsuz yaşayış məntəqələri salmasına qarşı birgə bəyanatı və üstəlk, həmin bölgədə istehsal olunan məhsulların ticarətinə embarqo qoymaları yeni gərginliyə yol açıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, 12 ölkənin birgə bəyanatı İsraildə böyük qəzəb, Türkiyədə isə təqdirlə qarşılanb.
Xatırladaq ki, Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Birləşmiş Krallıq Xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir: "İsrail hökumətinin Fələstinə aid torpaq sahələrindəki qanunsuz fəaliyyəti bölgə üçün qəbul olunmuş "iki dövlətli həll yolu" planına zərbə olmaqla yanaşı, etimadı zədələyir. İsrailli qanunsuz məskunlaşanların zorakılığının görünməmiş səviyyəsi və məskunlaşmaların genişləndirilməsi vəziyyəti sürətlə pisləşdirməkdədir. Buraya qəbuledilməz E1 məskunlaşma layihəsi üçün tender elan etmək qərarı da daxildir. Bu, yolverilməzdir və dərhal dayandırılmalıdır".
Bəyanatda deyilir ki, İsraili dayandırmaq üçün qanunsuz məskuunlaşma ərazilərində istehsal edilən heç bir məhsulun alınmaması və bölgə ilə hər hansı bir ticarətini aparılması qərara alınıb.
Bəyanatda həmçinin Böyük Britaniyanın Baş naziri Endi Börnhem, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Mark Karni bölgə ilə bağlı əlavə tədbirlər görməyə razılaşıblar.
Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla bağlı xüsusi açıqlama yayıb:
"Biz İsrailə qarşı Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Birləşmiş Krallıq xarici işlər nazirliklərinin birgə bəyanatınıı alqışlayır və dəstəkləyirik. Beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin oxşar qərarlar qəbul etməsini gözləyirik."
Rəsmi Ankaranın mövqeyinə əsasən, İsrail-Fələstin məsələsinin sülh yolu ilə həllinə nail olmaq və bölgədə ədalətli sülhün bərqərar olması üçün İsrailə təzyiq güclənməlidir.
İsrail hökuməti isə 12 dövlətin birgə bəyanatı və sanksiyaları pisləyib.
Hökumətdən bildirilib ki, bəyanat tamamilə haqsız və əsassızdır: "Bu, cavabsız qalmayacaq. İsrail dövləti ilk olaraq Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq. Növbəti addımlar isə hökumətin iclasında müzakirə olunaraq elan ediləcək".
E.ARAZ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: 6 oyun oynanıldı - Hansı komandalar qalib gəldi?
Bugün, 01:03 İDMAN
-
Türkiyədə bu komandanın baş məşqçi postuna 22 yaşlı qız gətirildi
Bugün, 00:40 İDMAN
-
"Beşiktaş"dan Vlahoviçlə bağlı - Açıqlama
Bugün, 00:26 İDMAN
-
Böyük Britaniya səmasında xaos - Uçuşlar bir-birinin ardınca ləğv edildi
Bugün, 00:19 GÜNDƏM
-
12 dövlət İsrailə qarşı birləşdi, Türkiyədən dəstək mesajı verildi - Tel-Əviv Britaniya konsulluğunu qapatdı
Bugün, 00:12 GÜNDƏM
-
İran ABŞ-a məxsus sualtı qayığı ələ keçirib
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
ABŞ-la İran arasında müharibə yenidən qızışdı - Bölgədə neft tankerləri vuruldu...
08.09.2026, 22:54 GÜNDƏM
-
Putin və Tramp arasında gözlənilməz görüş oldu - Liderlər bir saata nəyi razılaşdırıb?
08.09.2026, 19:32 GÜNDƏM
-
Elnur Məmmədov ABŞ-ın Ermənistandakı diplomatı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTO
08.09.2026, 19:01 SİYASƏT
-
Bakıda 46 yaşlı keçmiş məhkum tutulub
08.09.2026, 18:40 KRİMİNAL
-
Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur
08.09.2026, 18:25 GÜNDƏM
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
08.09.2026, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
08.09.2026, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
08.09.2026, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
08.09.2026, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
08.09.2026, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
08.09.2026, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
08.09.2026, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.09.2026, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
08.09.2026, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
08.09.2026, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
08.09.2026, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
08.09.2026, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
08.09.2026, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
08.09.2026, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
08.09.2026, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
08.09.2026, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
08.09.2026, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
08.09.2026, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
08.09.2026, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
08.09.2026, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
08.09.2026, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
08.09.2026, 14:06 PRESS