Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur

Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur

GÜNDƏM

Bugün, 18:25

Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində faciə baş verib.

Mia.az xəbər verir ki, Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzində sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə açıqlama yayan TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırıldığı faciədə ölənlər Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov, digəri isə onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramovdur.

Mia.az-ın əldə etdiyi məlumata görə, sözügedən istirahət mərkəzi  Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR