Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?

Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?

İQTİSADİYYAT

Bugün, 16:11

Dünyanı gözləyən su böhranı ilə bağlı araşdırmaçılar böyük həyəcan təbili çalmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  beynəlxalq araşdırmaya görə, qlobal istiləşmə  əsrin sonuna qədər bu şəkildə davam edərsə, o zaman yer kürəsindəki quraq ərazilər ümumi quru səthinin 40%-dən çoxunu ağuşuna alacaq.

Çin Meşəçilik Akademiyasının "Environmental Research Letters" jurnalında dərc olunan tədqiqatında  yenilənmiş iqlim modellərindən istifadə edərək quraq ərazilərin gələcək illər üzrə yayılma arealı araşdırılıb.

Tədqiqat nəticələri göstərir ki, 2071-2100-cü illər arasında istixana qazı emissiyası ssenarilərindən asılı olaraq, quraq ərazilərin faizi qlobal miqyasda 39,3%-dən 40,3%-ə qədər arta bilər: "Bu qorxunc proqnoz gerçəkləşərsə, dünyada təxminən 2,4 milyon kvadrat kilometr yeni torpaq sahəsi quraqlığa çevriləcək".

Araşdırmaya əsasən, quraqlıq dalğası daha çox səhramənşəli  bölgələrdə   öz təsirini genişlədəcək: "Dünyanın ən quraq qitəsi olan Avstraliya bu transformasiyadan ən çox zərər çəkəcək. Avstraliyadan sonra Braziliya və Afrikanın böyük hissələri də quraqlığa təslim olacaq".

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR