İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."

İran XİN başçısından ABŞ-a mesaj: \"İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq...\"

DÜNYA

Bugün, 15:07

"ABŞ 17 iyunda imzalanmış İslamabad Memorandumundakı öhdəliklərini yerinə yetirərsə, regiondakı vəziyyət normallaşacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Motegi Toşimitsu ilə telefonla danışığında deyib.

O, söhbət zamanı regiondakı vəziyyətin günahkarının ABŞ olduğunu deyib: "Son həftələrdə baş verən toqquşmalar ABŞ-ın İslamabad Memorandumundakı öhdəliklərini yerinə yetirməməsindən qaynaqlanır. Yranmış vəziyyətdən çıxış yolu var. Həll yolu sadədir. Amerika tərəfi İslamabad Anlaşma Memorandumundakı öhdəliklərinə qayıtmalıdır. O zaman normallaşma yolu açılacaq. Həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyət həll olunacaq. Biz bu boğazla bağlı Omanla uğurlu danışıqlar aparmışıq. Lakin ABŞ son zərbələri ilə hər şeyi dayandırdı..."

Yaponiyanın xarici işlər naziri isə bildirib ki, regionda təhlükəsizliyin təmin edilməsi, Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid çox vacibdir...

İki nazir sonda bəzi ikitərəfli və konsulluq məsələləri ilə bağlı məsələləri həll etmək barədə razılığa gəliblər.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR