Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?

Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?

GÜNDƏM

08.09.2026, 00:12

Təxminən iki ay əvvəl, daha dəqiqi, iyun ayından “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) başlayan yoxlamanın nəticələri gizlədilir.

Mia.az xəbər verir ki, o vaxt Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açılması haqda xəbər yayıldıqdan dərhal sonra  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZAL strukurlarında yoxlamaya start verməsi təsdiqlənsə də, üstündən aylar ötsə də, nəticələr gizlədilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, həmin vaxtı AZAL-ın rəhbəri Samir Musa oğlu Rzayev və iaşə sekorunda çalışan qardaşına yaxın bəzi şəxslər belə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bölmələrindəki mühüm vəzifələrini itiriblər: "O vaxt Samir Rzayev elə bir vəziyyətdə idi ki, hətta qardaşının dostlarını belə postlarında saxlaya bilmədi. Onlardan elələri var ki, 15 mindən yuxarı maaş alırdı. Maraqlı budur ki, xüsusiylə Naxçıvana bilet satışı sahəsində aparılan yoxlamalar Samir Rzayevin başını möhkəm ağrıtmaqdadır...".

Məlumatda deyilir ki, son 4-5 ayda Naxçıvana uçuşların yenə də 90-cı illərdəki kimi bərbad vəziyyətdə olması hakim dairələri də narahat etməyə başlayıb: "Belə davam edərsə,  2024-cü ilin fevral ayında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunmuş  Samir Musa oğlu Rzayevlə yollar ayrılacaq".

Yeri gəlmişkən, təxminən 2 ay əvvəl AZAL-dakı yoxlama ilə bağlı sözügedən quruma sorğu versək də, hələ cavab ala bilməmişik. Bir neçə dəfə qurumun sözçüsü Paşa Kəsəmənski Mia.az-ın əməkdaşına cavab veriləcəyini desə də,  nəticəsiz qalıb.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR