Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
GÜNDƏM
Bugün, 19:57
Azərbaycan Süni İntellekt İnstitutu ilə Türkiyə Cümhuriyyətinin ilk dövlət ali təhsil müəssisəsi olan Ankara Universitetinin Yapay Zeka Enstitüsü (Süni İntellekt İnstitutu) və Ankara Universiteti Sürekli Eğitim Mərkəzi (ANKÜSEM) arasında beynəlxalq təhsil və akademik əməkdaşlıq protokolu imzalanıb.
Mia.az xəbər verir ki, Bakı şəhərində İmzalanan sənəd süni intellekt və data elmləri sahəsində qlobal təhsil standartlarına cavab verən birgə ixtisaslaşma proqramlarının təşkilini, elmi-metodoloji təcrübə mübadiləsini və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasını nəzərdə tutur.
Tədris prosesinin yekununda iştirakçıların praktik mühəndislik səriştəsi onların hazırladıqları tətbiqi bitirmə layihələri (Capstone Project) və kod bazalarının Ankara Universitetinin ekspertləri və yerli mütəxəssis heyəti tərəfindən qiymətləndirilməsi əsasında təsdiqlənəcək. Proqramın akademik tələblərini uğurla yerinə yetirən məzunlar Ankara Universitetinin rəsmi bazasında qeydiyyata alınan beynəlxalq statuslu ixtisaslaşma sertifikatı ilə təltif olunacaqlar.
Azərbaycan Süni İntellekt İnstitutundan bildirilib ki, beynəlxalq tərəfdaşlığın əsas prioriteti nəzəri təlim modelindən çıxaraq, mütəxəssisləri real sənaye tələblərinə cavab verən praktik mühəndislik səviyyəsinə çatdırmaqdır. Ankara Universitetinin köklü akademik təcrübəsi və ixtisaslaşmış elmi mərkəzlərinin dəstəyi ilə həyata keçirilən bu layihə ölkəmizin insan kapitalının və rəqəmsal ekosisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, yerli kadrların qlobal əmək bazarında mövqelərinin möhkəmlənməsinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənən və rəhbərlik edilən ölkəmizin süni intellekt və aidiyyəti sahələrdə rəqəmsallaşma siyasətinə xidmət edəcək.
İxtisaslaşma proqramları həm fərdi qaydada texnologiya sahəsində karyera qurmaq istəyən mütəxəssislər, gənclər və tələbələr, həm yerli ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq modelləri çərçivəsində müəllim və tələbələr, həm də özəl və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində yetkin şəxslər üçün nəzərdə tutulub. Yüksək tədris standartlarını təmin etmək məqsədilə dərslərə qəbul riyazi-məntiqi seçim mərhələsi və ilkin müsahibə əsasında aparılır. Tədris proqramları, sillabuslar və qeydiyyat şərtləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər institutun rəsmi internet səhifəsinə (ai-institute.az) və sosial media hesablarına (@ai.edu.az) müraciət edə bilərlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
Bugün, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
Bugün, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
Bugün, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Bugün, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
Bugün, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
Bugün, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
Bugün, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
Bugün, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
Bugün, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
Bugün, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
Bugün, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istafa verdi - FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
Bugün, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bugün, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
Bugün, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
Bugün, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
Bugün, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
Bugün, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
Bugün, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
Bugün, 13:53 ŞOU-BİZNES
-
Türkiyədə qadın jurnalist saxlanılıb
Bugün, 13:40 PRESS
-
Payız fəsli nə vaxt başlayır? - Açıqlama
Bugün, 13:02 CƏMİYYƏT
-
"Buna susmaq mənim üçün doğru deyil" - Şair replikalara belə cavab verdi
Bugün, 12:57 SİYASƏT
-
Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: "Prokurorluq ifadəyə çağırsa..."
Bugün, 12:33 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:17 CƏMİYYƏT
-
Təhsl haqqlarını özbaşına qaldıran universitetlərdə yoxlama başlayıb - Türkyədə
Bugün, 12:09 GÜNDƏM
-
Fərid Şəfiyev: "Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır" - "Həmin orqan Ruben Vardanyanı..."
Bugün, 12:07 SİYASƏT
-
Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı
Bugün, 11:56 SİYASƏT
-
Röya Ayxan 80 milyona ev alıb?
Bugün, 11:43 ŞOU-BİZNES
-
Dövlət teatrlarında direktor və direktor müavini olmaq istəyənlərin sayı açıqlandı: 191 müraciət var
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
“Bakı-2040” Baş Planı pozuldu: Parkın yerində bina tikilir + FOTOLAR
Bugün, 11:18 CƏMİYYƏT