Avropa Ukraynaya yen dəstək paketi elan etdi - 6,1 milyard avroluq

Avropa Ukraynaya yen dəstək paketi elan etdi - 6,1 milyard avroluq

DÜNYA

Bugün, 12:18

Avropa İttifaqı (Aİ) Ukraynaya yeni dəstək paketi elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verr ki, budəfəki paketdə Ukraynaya hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınması üçün 6,1 milyard avro ayrılıb.

Aİ-dən bildirilib ki, bu, Ukraynanın bu gün qeyd olunan Müstəqillik Gününə bir hədyyədir: "Bu maliyyələşdirmə 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq Ukrayna Dəstək Krediti çərçivəsində təmin ediləcək. Yeni dəstək planı əvvəllər təsdiqlənmiş 16 milyard avroluq müdafiə təchizatına əlavədir və bunun 8,35 milyard avrosu artıq Ukraynaya verilib".

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də açıqlama verərək, Kiyevə dəstəklərinin sarsılmaz olduğunu təkrarlayıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR